Pandemiya geri qayıdır? Koronavirusun yeni variantı tapıldı

Pandemiya geri qayıdır? Koronavirusun yeni variantı tapıldı

Hazırda oxunan: Pandemiya geri qayıdır? Koronavirusun yeni variantı tapıldı

253810

Çində yeni pandemiyaya səbəb ola biləcək təhlükəli mutasiyadan bir addım uzaqda olan "HKU5-CoV-2" adlı koronavirusun yeni variantı müəyyən edilib.

Bizim.Media xəbər verir ki, "HKU5-CoV-2" ölümcül "MERS-CoV" 34%-ə qədər ölümlə nəticələnən Yaxın Şərq tənəffüs sindromu virusunu ehtiva edən merbekoviruslar ailəsinə aiddir.

Vaşinqton Dövlət Universitetindən bir qrup elm adamı tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, Covid-19-dan daha geniş heyvanlara yoluxa bilər və növlər arasında keçid üçün daha böyük potensiala malik ola bilər. "Uğurlu" mutasiya halında, "HKU5" həm tənəffüs yollarında, həm də bağırsaqlarda insan hüceyrələrinə yoluxa və çoxalda biləcək.

Daha əvvəl Çinin Uhan şəhərindən olan elm adamları "HKU5" variantlarından birinin artıq insan "ACE2" hüceyrələrinə bağlanma qabiliyyəti əldə etdiyini bildiriblər. Bu da aralıq heyvan daşıyıcısının iştirakı olmadan insanların birbaşa infeksiyasının mümkünlüyünü göstərir.

Həmçinin, alimlər deyirlər ki, hazırda virusun insanlar arasında yayıldığına dair heç bir dəlil yoxdur. Xüsusilə Çinin bəzi bölgələrində vəhşi heyvanların aktiv ticarəti nəzərə alınmaqla, virusun insanlara “sıçraması” riskini artıran ciddi monitorinq lazımdır.(Teleqraf)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO