Pentaqonun uçan naməlum obyektlərlərlə bağlı SİRRİ ÜZƏ ÇIXDI

Pentaqonun uçan naməlum obyektlərlərlə bağlı SİRRİ ÜZƏ ÇIXDI

Hazırda oxunan: Pentaqonun uçan naməlum obyektlərlərlə bağlı SİRRİ ÜZƏ ÇIXDI

253674

ABŞ Müdafiə Nazirliyi gizli hərbi proqramların mövcudluğunu gizlətmək üçün onilliklər ərzində uçan naməlum obyektlər və yerdənkənar texnologiyalar haqqında qəsdən dezinformasiya yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məmurlarla, hərbçilərlə müsahibələr və minlərlə səhifəlik sənədlər əsasında aparılan araşdırmaya istinadən məlumat yayıb.
 

Nəşr iddia edir ki, ABŞ Hərbi Hava Qüvvələrinin əməkdaşı 1980-ci illərdə Nevada ştatındakı bar sahibinə qəsdən "uçan boşqab"ların saxta fotoşəkillərini gizlincə ötürüb.


Bu, görünüşü yadplanetli gəmilərin təsvirlərinə bənzəyən "F-117" də daxil olmaqla, yeni qırıcıların sınaqlarını ört-basdır etmək üçün aparılan əməliyyatın bir hissəsi olub.

Mənbələrə görə, bu cür manipulyasiyalar sistemli xarakter daşıyıb və təkcə bir hadisə ilə məhdudlaşmayıb.

Təhqiqat ABŞ Konqresinin yaratdığı idarə tərəfindən aparılıb, onun vəzifəsi yadplanetlilərin texnologiyasını öyrənmək üzrə guya gizlədilmiş dövlət proqramları haqqında uzun illərdir səylə davam edən şayiələri yoxlamaq olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO