Ter-Petrosyan Paşinyanın əleyhinə çıxdı - Baş nazir onu fırıldaqçı adlandırdı

Ter-Petrosyan Paşinyanın əleyhinə çıxdı - Baş nazir onu fırıldaqçı adlandırdı

Hazırda oxunan: Ter-Petrosyan Paşinyanın əleyhinə çıxdı - Baş nazir onu fırıldaqçı adlandırdı

253634

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan özünü bir daha xatırladaraq Katolikos II Qareginin müdafiəsinə qalxıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Eçmiədzin (Erməni Apostol Kilsəsinin mərkəzi) yayıb.

“Prezident Katolikosu tam şəkildə dəstəklədiyini ifadə etdi və eyni zamanda Ermənistan hakimiyyətinin kilsəyə qarşı müdaxilələrini qətiyyətlə pislədi”, – deyə mənbə əlavə edib.

Paşinyanın buna cavabı özünü çox gözlətməyib. Baş nazir Ter-Petrosyan və Katolikosun ünvanına sərt sözlər deyib:

“Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması praktikasının əsasını qoyan şəxsdir. Belə bir populist-dələduz və fırıldaqçını, yəni özü kimi birini dəstəkləməsi təəccüblü deyil”.

Xatırladaq ki, II Qaregin islahatlara qarşı çıxması və revanşist əhval-ruhiyyəni təşviq etməsi ilə tanınan mübahisəli dini liderdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO