Acun Ilıcalı Mahir Emreliyə zəng etdi - Bu təklifi edib

Acun Ilıcalı Mahir Emreliyə zəng etdi - Bu təklifi edib

Hazırda oxunan: Acun Ilıcalı Mahir Emreliyə zəng etdi - Bu təklifi edib

253626

Türkiyəli iş adamı Acun Ilıcalı Azərbaycan yığmasının hücumçusu Mahir Emreliyə zəng edib.

Bizim.Media xəbər verir ki, o, Mahirə sahibi olduğu İngiltərə Çempionşip təmsilçisi “Hall Siti”də oynamağı təklif edib.

A.Ilıcalı ona bu transferdə israr edib.

Mahir isə hələ ki, gözləməyi lazım bilib. Buna səbəb isə “Dinamo”da (Zaqreb) forvardın baş məşqçisi olmuş və ona kifayət qədər şans tanımayan Sergey Yakiroviçin “Hall Siti”yə təyin olunma ehtimalıdır.

Məhz bu səbəbdən Emreli gözləmək istəyir.

Emreliyə Bundesliqadan isə iki təklif var. Belə ki, o, “Verder” (Bremen) və “Yunion Berlin”dən təklif alıb. Onun karyerasını harda davam etdirəcəyinə isə milli komandaların matçından sonra aydınlıq gələcək. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO