Bu şəxslər hərbi kolleclərə qəbul edilmir – SİYAHI

Bu şəxslər hərbi kolleclərə qəbul edilmir – SİYAHI

Hazırda oxunan: Bu şəxslər hərbi kolleclərə qəbul edilmir – SİYAHI

253542

Məlum olduğu kimi, ölkəmizdə bir sıra hərbi kolleclər fəaliyyət göstərir. Hərbi sahədə karyera qurmaq istəyən gənclərin bir çoxu məhz bu kolleclərdə təhsillərini davam etdirirlər.

Lakin hər kəs üçün bu kolleclərə qəbul mümkün olmur. Çünki yalnız müəyyən şərtlərə cavab verən yeniyetmələr hərbi kolleclərə daxil ola bilirlər.

Bəs həmin şərtlər hansılardır?

Mövzu ilə bağlı hərbi-ekspert Üzeyir Cəfərov Bizim.Media-ya danışıb. Ekspertin sözlərinə görə, bu sahə qanunla tənzimlənir və hərbi təhsil almaq istəyən şəxslər qarşısında müəyyən tələblər qoyulur:

“Əgər bir şəxs öz həyatını hərbiyə bağlamaq istəyirsə və hərbi kollecdə təhsil almaq niyyətindədirsə, qanun bu prosesin bütün mərhələlərini aydın şəkildə müəyyən edir. Hərbi kolleclərdə təhsil müddəti iki ildir. Qəbul həm 9-cu sinif, həm də 11-ci sinif bazası əsasında mümkündür.”

Üzeyir Cəfərov bildirir ki, qəbul zamanı ilk növbədə sağlamlıq məsələsi ön planda tutulur:

“Namizədin fiziki və psixoloji cəhətdən sağlam olması vacib şərtdir. Digər vacib meyar isə məhkumluğun olmamasıdır. Bəzi hallarda məktəb yaşında cinayət törətmiş şəxslər hərbi kolleclərə qəbul olunmur. Eyni zamanda narkotik vasitələrə meyilli şəxslər də bu təhsil müəssisələrində oxumaq hüququna malik deyillər”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin son illərdə gördüyü işlər nəticəsində ölkədə üç yeni hərbi kollec yaradılıb. Bu kolleclər Bakı, Gəncə və Naxçıvan şəhərlərində fəaliyyət göstərir. Hər birinin öz əsasnaməsi var və qəbul prosesləri həmin sənədə uyğun şəkildə aparılır.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO