"Tottenhem" Ange Postekoqlu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə London klubundan rəsmi açıqlama yayıb. Açıqlamada avstraliyalı mütəxəssisə xidmətlərinə görə təşəkkür olunub. Postekoqlunun rəhbərliyi ilə qazanılmış Avropa Liqası titulunun önəmi vurğulanıb.
İngiltərə mətbuatı Ange Postekoqlunun 5 milyon funt kompensasiya alacağını yazıb. Bundan başqa, 2008-ci ildən sonra qazanılmış ilk titula görə ona əlavə 3 milyon funt qazanacağı bildirilib.
Qeyd edək ki, "Tottenhem" təcrübəli mütəxəssisin rəhbərliyi ilə 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasını 38 xalla 17-ci pillədə başa vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:53 / 06.06.2025
Tottenhem” baş məşqçini istefaya göndərdi
Hazırda oxunan: Tottenhem” baş məşqçini istefaya göndərdi
Hazırda oxunan: Tottenhem” baş məşqçini istefaya göndərdi
253454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.