Rusiya İlon Maska siyasi sığınacaq təklif etdi

Rusiya İlon Maska siyasi sığınacaq təklif etdi

Hazırda oxunan: Rusiya İlon Maska siyasi sığınacaq təklif etdi

253420

ABŞ prezidenti Donald Trampla açıq mübahisədən sonra Rusiya rəsmiləri İlon Maska siyasi sığınacaq təklif ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Dmitri Novikov TASS-a açıqlama verib. Novikov bildirib ki, Maska siyasi sığınacaq lazım olmayacaq:

“Düşünürəm ki, Mask tamamilə başqa oyun oynayır və heç bir siyasi sığınacağa ehtiyac duymayacaq. Amma ehtiyac olsa, Rusiya əlbəttə ki, ona belə bir imkan verə bilər.”

Qeyd edək ki, ötən gün Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt ittihamlar səsləndiriblər. Mask yeni siyasi partiya yaratmaqla bağlı “X” hesabında sorğu keçirib. Teslanın sahibi Trampın impiçmentini dəstəklədiyini də açıq şəkildə bildirib və ABŞ liderini pedofiliyada ittiham edib.

Tramp isə Maskın fəaliyyətinin effektiv olmadığını və milyarderin ağlını itirdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO