“ABŞ Prezidenti Donald Tramp İlon Mask ilə telefon danışığında maraqlı olmadığını bildirib”.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “ABC News” telekanalına danışıb.
O, həmçinin yenidən İlon Maskın “ağlını itirdiyini” deyib:
“Ağlını itirən insanı nəzərdə tutursunuz? Hazırda onunla danışmaqda elə də maraqlı deyiləm”.
Qeyd edək ki, iyunun 5-də Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt ittihamlar səsləndiriblər. Mask yeni siyasi partiya yaratmaqla bağlı “X” hesabında sorğu keçirib.
Teslanın sahibi Trampın impiçmentini dəstəklədiyini də açıq şəkildə bildirib və ABŞ liderini pedofiliyada ittiham edib. Tramp isə Maskın fəaliyyətinin effektiv olmadığını və milyarderin ağlını itirdiyini vurğulayıb.
Bizim.Media