Yatmazdan əvvəl bu qidaları QƏBUL ETMƏYİN

Yatmazdan əvvəl bu qidaları QƏBUL ETMƏYİN

Hazırda oxunan: Yatmazdan əvvəl bu qidaları QƏBUL ETMƏYİN

253396

“Süd, kivi və qoz yuxunun keyfiyyətini yaxşılaşdırır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri endokrinoloq Darya Lebedeva “Radio 1”ə  verdiyi açıqlamada səsləndirib.

Həkim yatmazdan əvvəl qəbul edilən bəzi məhsulların yuxunun keyfiyyətini yaxşılaşdıra biləcəyini bildirib. 

Mütəxəssisin sözlərinə görə, bəzi hallarda isti süd insanın rahat şəkildə yuxuya getməsinə kömək edir. 
 

“Bu, insanı uşaqlıq illərinə – hər şeyin yaxşı və qayğısız olduğu dövrə aparır. Süd rahatladıcı təsir göstərir. Lakin bu hər kəs üçün uyğun deyil, çünki bəzi şəxslərdə südü həzmetmə problemi ola bilər”, – deyə Lebedeva qeyd edib.


Yuxuya müsbət təsir edən digər məhsullardan biri də kividir. Amma həkim əsas diqqətin fərdi hissiyyata verilməli olduğunu vurğulayıb. Axşam yeməyi yüngül olmalı, aşağı qlisemik indeksli qidalar seçilməlidir. Həddindən artıq şirin, yağlı və acı qidalardan isə imtina etmək tövsiyə olunur.

Yatmazdan əvvəl yüngül şəkildə bişirilmiş hind toyuğu əti, az yağlı yumşaq pendir, eyni zamanda qoz və süd əvəzinə sakitləşdirici təsirə malik bitki çayı içmək məsləhət görülür.

Bundan əlavə, spirtli içkilər sağlam yuxunun və yaddaşın düşmənidir. Belə ki, alkoqol yuxuya bölücü təsir edir: insan tez-tez oyanır və bu səbəbdən yuxu bərpaedici xüsusiyyətini itirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO