“Rusiya dünən ABŞ Prezidenti Donald Trampla açıq şəkildə mübahisə edən milyarder İlon Maska siyasi sığınacaq verməyə hazırdır”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Dmitri Novikov bildirib.
“Düşünürəm ki, Mask tamamilə fərqli oyun oynayır, ona heç bir siyasi sığınacaq lazım olmayacaq. Əgər lazım olsa, Rusiya təbii ki, bunu təmin edə bilər”, - Novikov bildirib.
Onun fikrincə, Mask çətin ki, Trampla fikir ayrılığına görə demokratları dəstəkləsin.
“Taktiki fikir ayrılıqları da var, strateji şeylər də var. Məncə o, respublikaçılara sadiq qalacaq”, - deputat əlavə edib.
Qeyd edək ki, iyunun 5-də Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt ittihamlar səsləndiriblər. Mask yeni siyasi partiya yaratmaqla bağlı “X” hesabında sorğu keçirib. Teslanın sahibi Trampın impiçmentini dəstəklədiyini də açıq şəkildə bildirib və ABŞ liderini pedofiliyada ittiham edib.
Tramp isə Maskın fəaliyyətinin effektiv olmadığını və milyarderin ağlını itirdiyini vurğulayıb.
Bizim.Media