Şamaxıda güclü zəlzələ gözlənilir? – Qurban Yetirmişlidən AÇIQLAMA

Şamaxıda güclü zəlzələ gözlənilir? – Qurban Yetirmişlidən AÇIQLAMA

Hazırda oxunan: Şamaxıda güclü zəlzələ gözlənilir? – Qurban Yetirmişlidən AÇIQLAMA

253364

“Son günlər ard-arda davam edən zəlzələrlə bağlı təşvişə ehtiyac yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu “report.az”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, 3 və 3-dən yuxarı maqnitudada təkanların olması ilə bağlı məlumatlar verilir, lakin xırda təkanlar da olur:
 

"Bu cür xırda təkanların olması enerji boşalmasıdır. Lakin təhlükəli, yəni maqnitudası 7 olan zəlzələ ehtimalı yoxdur. Hiss edilən zəlzələlər ola bilər".


Baş direktor əlavə edib ki, heç bir təşvişə ehtiyac yoxdur.

Xatırladaq ki, dünən yerli vaxtla 16:02-də Şamaxı və Xızıda 3,7maqnitudalı, dərinliyi 7 km olan zəlzələ baş vermişdi. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Bu gün səhər saatlarında Şamaxıda 3,2, Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO