Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...

Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...

Hazırda oxunan: Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...

253340

Mərakeş administrasiyası quraqlıq və heyvan ehtiyatlarının azalması səbəbindən Qurban bayramı öncəsi heyvan bazarlarını bağlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri birgə açıqlama verib.

Bildirilib ki, 7 ildir şiddətli quraqlıqla mübarizə aparan Mərakeşdə bayram öncəsi heyvan kəsimi ilə bağlı bütün ticarət fəaliyyətləri qadağan edilib.

Qanunsuz satışın qarşısını almaq üçün isə bəzi rayonlarda yoxlamalar artırılıb.
 

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Mərakeşdə illərdir davam edən quraqlıq heyvan ehtiyatının 38 faiz azalmasına səbəb olub. Yağışlar 30 illik orta göstəricidən 53 faiz azdır. Bu vəziyyət qurbanlıq heyvanların tədarükünə xeyli təsir edib.


Mərakeş kralı xalq adından simvolik olaraq qurban kəsəcəyini açıqlayıb.(Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO