Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı münasibətilə vətəndaşlara növbəti müraciət ünvanlayıb.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə bayram günlərində ictimai təhlükəsizliyin təmin olunması, qanunçuluğun qorunması və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçiriləcəyi bildirilib.
İyun ayının 6-dan 10-dək respublika ərazisində - ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq, həyat təminatlı və strateji obyektlərdə təhlükəsizlik tədbirləri diqqətdə saxlanılmaqla polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Qeyd olunur ki, vətəndaşların xeyirxah əməllərini təhlükəsiz şəraitdə sanitariya, gigiyena tələblərinə əməl olunmaqla həyata keçirməsi vacibdir. Bu məqsədlə qurbanlıq heyvanların müəyyən edilmiş yerlərdən kənarda satışı və kəsiminə icazə verilməyəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:16 / 05.06.2025
Bu tarixlərdə respublika ərazisində post-patrul naryadlarının sayı ARTIRILACAQ
Hazırda oxunan: Bu tarixlərdə respublika ərazisində post-patrul naryadlarının sayı ARTIRILACAQ
Hazırda oxunan: Bu tarixlərdə respublika ərazisində post-patrul naryadlarının sayı ARTIRILACAQ
253294
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.