“İlon Mask hələ mənim haqqımda pis heç nə deməyib, amma əminəm ki, bundan sonra deyəcək. Mən ondan çox məyus oldum, onunla bağlı yanılmışam. Yenidən yaxşı münasibətimiz olub-olmayacağını bilmirəm”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Mertzlə birgə keçirilən mətbuat konfransında deyib.
"İlon yaxşı tanıdığı birini NASA-ya rəhbərlik etməyi tövsiyə etdi və mən bunun yersiz olduğunu düşündüm. Onun namizədi demokrat idi. Biz isə vəzifəyə demokrat təyin etməyəcəyik", - Ağ Evin rəhbəri qeyd edib.
Tramp bildirib ki, Baydenin 2030-cu ilə qədər 50% elektriklə işləyən nəqliyyat vasitələrini hədəfə alan sərəncamını ləğv etdiyinə görə, Maskın ona qəzəbli olduğunu düşünür.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:43 / 05.06.2025
Trampla Maskın dostluğu BİTDİ: “Yanılmışam, məni məyus etdi” - VİDEO
Hazırda oxunan: Trampla Maskın dostluğu BİTDİ: “Yanılmışam, məni məyus etdi” - VİDEO
Hazırda oxunan: Trampla Maskın dostluğu BİTDİ: “Yanılmışam, məni məyus etdi” - VİDEO
253290
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.