Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən insident ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1984-cü il təvəllüdlü Qənbər Xudaverdi oğlu Yusubov toy zamanı kənd sakinləri olan iki qardaş tərəfindən döyülüb.
Hadisədən sonra Yusubov Cəlilabad Rayon Mərkəzi xəstəxanasına müraciət edib və ona ilkin tibbi yardım göstərilib. Lakin fəhlə kimi çalışan mərhum işi olduğu üçün xəstəxanada qalmaqdan imtina edərək evə qayıdıb. Onun səhhəti getdikcə pisləşib və bu gün yenidən xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Onun ailəli olduğu və iki azyaşlı övladının qaldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
19:32 / 05.06.2025
Cəlilabadda toyda döyülən şəxs bir neçə gün sonra VƏFAT ETDİ
Hazırda oxunan: Cəlilabadda toyda döyülən şəxs bir neçə gün sonra VƏFAT ETDİ
Hazırda oxunan: Cəlilabadda toyda döyülən şəxs bir neçə gün sonra VƏFAT ETDİ
253279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.