Lənkəranda minik avtomobili 30 yaşlı qadını VURDU

Lənkəranda minik avtomobili 30 yaşlı qadını VURDU

Hazırda oxunan: Lənkəranda minik avtomobili 30 yaşlı qadını VURDU

253274

Lənkəran şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada qadın xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin "Qala Xiyabanı" adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili 1995-ci il təvəllüdlü Gülbəniz Rasim qızı Ələkbərova ilə toqquşub. Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi ilkin məlumata görə, qadında sol üz və sol bud nahiyəsində qapalı travmalar aşkarlanıb. Hazırda onun müalicəsi stasionar şəkildə davam etdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO