Qobustan rayonu ərazisində yağan intensiv leysan yağışları nəticəsində dağlıq zonalardan axan sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bəzi hissələrində nəqliyyatın hərəkətinə çətinlik yaradıb.
Bizim.Media xəbər verir ki, sel suları ilə birlikdə axan daş və torpaq qatı yolun 78-ci kilometrliyində suötürücü qurğulara (kanallar və borular) dolub.
Bu səbəbdən yağış suları yolun hərəkət hissəsinə çıxaraq nəqliyyatın hərəkətinə maneə törədib.
Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və texnikası cəlb olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:40 / 05.06.2025
SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ: Sel suları Bakı-Şamaxı yolunu basdı - VİDEO
Hazırda oxunan: SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ: Sel suları Bakı-Şamaxı yolunu basdı - VİDEO
Hazırda oxunan: SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ: Sel suları Bakı-Şamaxı yolunu basdı - VİDEO
253258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.