Azərbaycanın Xalq artisti Aygün Kazımova yeni “Abrakadabra” mahnısını və ona çəkilmiş videoklipi təqdim edib.
Bizim.Media xəbər verir ki, “Abrakadabra” treki Kazımovanın qlobal musiqi trendinə düşən məşhur “S.O.S.” hitinin musiqisi Kazım Cana, sözləri isə OGB-yə məxsusdur.
Yeni mahnı bir növ “S.O.S.”un davamı sayılır və ulduzlar aləminə, səhnənin parıltısına və ictimai həyatın əhatə etdiyi sehrə həsr olunub.
“Abrakadabra” – Xalq artistinin şou-biznes ritmində yaşayan, daxili enerjisini, xarizmasını və üslubunu əks etdirən yeni musiqi manifestidir.
“Gözlərimdə Gucci parıldayır, Bellucci kimi gözələm” – Aygün Kazımova yeni mahnısında belə oxuyur və vurğulayır ki, “sevimliyəm, sehrliyəm, güvənirəm şarma” (sevilirəm, sehrliyəm, cazibəmə güvənirəm).
Aygün Kazımovanın son videokliplərində olduğu kimi, “Abrakadabra” klipi də Türkiyədə rejissor Selim Akar tərəfindən çəkilib. Layihənin rəhbəri isə müğənninin yaxın dostu, dünya şöhrətli azərbaycanlı dizayner Rufat İsmayıl olub.
Bildirək ki, “Abrakadabra” layihəsində Aygün Kazımovanın obrazları üzərində Türkiyənin Ajda Pekkan, Hadisə, Bülənt Ərsoy kimi məşhur ulduzları ilə iş birliyində olan komanda çalışıb.
Bizim.Media