"Real" öz yetirməsi Alvaro Fernandez Karrerası "Benfika"dan almaq üçün razılığa gəlib.
Bizim.Media xəbər verir ki, "OK Diario"nun məlumatına görə, Karrerasın transferi haqqında rəsmi elan yaxın saatlarda veriləcək.
Portuqaliya klubu bu transferdən 45 milyon avro əldə edəcək. Ödəniş iki bərabər hissədə həyata keçiriləcək. Əlavə 5 milyon avronun ödənilməsi isə klublar arasında gələcək razılaşmalardan, o cümlədən akademiyalar üzrə əməkdaşlıqdan asılı olacaq.
Qeyd edək ki, bu mövsüm Carreras Portuqaliya çempionatında 32 oyunda iştirak edib və 3 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
10:37 / 04.06.2025
“Real” öz yetirməsini 45 milyona TRANSFER EDİR
Hazırda oxunan: “Real” öz yetirməsini 45 milyona TRANSFER EDİR
Hazırda oxunan: “Real” öz yetirməsini 45 milyona TRANSFER EDİR
252966
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.