DİN-dən ƏMƏLİYYAT: 11 kq narkotik və silah aşkarlandı - FOTO

DİN-dən ƏMƏLİYYAT: 11 kq narkotik və silah aşkarlandı - FOTO

Hazırda oxunan: DİN-dən ƏMƏLİYYAT: 11 kq narkotik və silah aşkarlandı - FOTO

252875

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdiklən əməliyyat zamanı 42 yaşlı Kərəm Məmmədov və 33 yaşlı Səidə Cavadova saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər birgə yaşadıqları mənzildə 11 kiloqrama yaxın marixuana, psixotrop maddə olan metamfetamin, həmçinin narkotik vasitələrin qablaşdırılması və satışında istifadə olunan elektron tərəzi saxlayıblar.

Əlavə olaraq, K.Məmmədovun yaşadığı digər ünvana baxış keçirilərkən 1 ədəd “Makarov” tipli tapança, daraq və bir neçə patron da aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ilkin ifadələrində narkotik vasitələri və odlu silah-sursatı Astara rayonu ərazisindən əldə etdiklərini bildiriblər.
 

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək xəbərdarlıq edib: "Narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak — insan həyatını və gələcəyini məhvə sürükləyir. Sosial şəbəkələr vasitəsilə vədlərlə cəlb olunan şəxslər öz azadlıqlarını riskə atmaqla yanaşı, cinayət məsuliyyəti daşıdıqlarını da unutmamalıdırlar".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO