Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı "Mega Palace", "Bəyaz Saray", “Fəridə” şadlıq saraylarından, "İmperator", "Kənd Qəbələ", "Niaqara", "Qədim Bərdə”, "Çinaraltı Kabab", "Qoca Çinar" və "Lüks Dönər" restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, faktlarla bağlı həmin obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunaraq hər birinin 2 min 500 manat məbləğində cərimə edilməsi ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:07 / 03.06.2025
Bakıda bir sıra şadlıq sarayı və restoran sahibləri CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Bakıda bir sıra şadlıq sarayı və restoran sahibləri CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Bakıda bir sıra şadlıq sarayı və restoran sahibləri CƏRİMƏLƏNDİ
252871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.