"Kimin ərini əlindən almışam, siyahını özüm də qarışdırıram"

"Kimin ərini əlindən almışam, siyahını özüm də qarışdırıram"

Hazırda oxunan: "Kimin ərini əlindən almışam, siyahını özüm də qarışdırıram"

252795

Müğənni Vəfa Şərifova jurnalist Türkan Məmmədlinin suallarını cavablandırıb.

Bizim.Media “Milli.Az”a istinadən xəbər verir ki, şəxsi həyatından danışan ifaçlı bir sıra mövzuları gün üzünə çıxarıb.

Sənətçi maraqlı etirafı ilə diqqət çəkib:
 

"Özüm də bilmirəm. Kimin ərini, yaxud həmkarımın sevgilisini əlindən almışam? Artıq bu siyahıları qarışdırıram. Hər şey göründüyü kimi deyil. Nikahım yoxdu, amma övladımı subay kişidən dünyaya gətirmişəm. O demək deyil, başqa xanımla rəsmi evliliyi olan bəydən uşaq dünyaya gətirmişəm. Mənimlə nikahım olmayan kişinin heç kimlə yoxdur. Onun keçmişində kimlərinsə olmağı mənim günahım deyil.


Mən o insanla tanış olanda, bütün ölkə bilir ki, həyatında başqa müğənni xanım olub. Artıq ayrılmışdılar. O xanımın həyatında başqa bəy vardı. Bu insanın həyatına çox-çox sonra gəlmişəm. Bir də bu mövzular barədə sual verilməsini istəmirəm. Nə qədər açıqlama versən də, "Dağıtmısan da..." deyə düşünənlər olacaq. Çox şey danışa bilərəm. Ancaq bu etdiyim gələcəkdə övladlarıma başqa insanlara ziyan vuracaqsa, etmək istəmirəm. Gün gələr, bəlkə, haradansa mövzuları ortaya çıxa da bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO