Koke daha bir mövsüm "Atletiko"nun şərəfini qoruyacaq.
Bizim.Media xəbər verir ki, Madrid klubu müqavilənin müddəti daha bir mövsüm artırıldığını açıqlayıb.
33 yaşlı futbolçunun "Atletiko" ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. Şərtlərə görə tərəflər hər mövsümün sonunda qarşılıqlı razılıq əsasında müddətin uzadılmasına qərar verirlər.
Qeyd edək ki, Koke oyun sayına görə Madrid klubunda rekordçudur. 2009-cu ildən komandanın formasını geyinən kapitan 681 dəfə meydana çıxıb.
Bizim.media

- A-
- A
- A+
İdman
13:02 / 03.06.2025
“Atletiko” kapitanla müqaviləni UZATDI
Hazırda oxunan: “Atletiko” kapitanla müqaviləni UZATDI
Hazırda oxunan: “Atletiko” kapitanla müqaviləni UZATDI
252794
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.