Yexlaxda evlərdən birinə ilanlar hücum edib. Vəziyyətdən ailə ailə təşvişə düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Yevlaxın Nemətabad kəndində baş verib.
Kənd sakini Adgözəlov Xəyyama məxsus evə zəhərli ilanlar hücum edib.
Zəhərli ilanların həyətyanı sahəyə və evə girməsindən ev sahibi, onun həyat yoldaşı və uşaqlar çox narahat olublar. Ev sahibinin sözlərinə görə ilanlardan biri zərərsizləşdirilib, digərləri isə qaçıblar.
Müsahibimiz qeyd edib ki, ailə ilanların keçən ilin bu vaxtı da hücum etdiklərini bildirib.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu