Tofiq Musayev də Bakıdakı UFC turnirində DÖYÜŞƏCƏK

Tofiq Musayev də Bakıdakı UFC turnirində DÖYÜŞƏCƏK

Hazırda oxunan: Tofiq Musayev də Bakıdakı UFC turnirində DÖYÜŞƏCƏK

252654

Tofiq Musayev Azərbaycanda keçiriləcək ilk tarixi UFC turnirində iştirak edəcək. 

Bizim.Media xəbər verir ki, azərbaycanlı idmançı dünyanın aparıcı qarışıq döyüş sənətləri təşkilatı ilə müqavilə imzalayaraq UFC Fight Night: Hill vs Rountree turnirində döyüşəcək. 

Onun rəqibi yüngül çəki dərəcəsində olan qırğızıstanlı döyüşçü Mıqtıbek Orolbaydır. Beləliklə, Tofiq Musayev UFC ilə müqavilə imzalayan üçüncü azərbaycanlı döyüşçü oldu.
 

Qeyd edək ki, turnir iyunun 21-də “Baku Crystal Hall”da keçiriləcək. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq.


Gecənin ikinci ən vacib döyüşü isə yüngül çəki dərəcəsində həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında olacaq.

Turnirin digər iştirakçılarından biri olan azərbaycanlı döyüşçü - Nazim Sadıxov da oktaqona çıxacaq. O, braziliyalı rəqibi Nikolas Motta ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO