Şagirdlər üçün rahat və standartlara uyğun məktəbli formaları hazırlanır.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “milli.az”a ölkəmizdə məktəbli formalarının əsas istehsalçısı olan Bakı Tikiş Evinin Satış şöbəsinin müdiri Etibar Əzimov açıqlama verib.
Onun sözlərinə görə, formalarda bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.
"Nazirlər Kabinetinin təsdiq olunmuş qərarı ilə məktəb formalarının parçalarına, materialına xüsusi tələb var. O tələbə görə, bütün köynəklər 100 faiz pambıq, şalvar və yupkalar isə 60 faiz yun, 40 faiz polester olmalıdır. Yeni çıxan formalar isə tələbata uyğundur. Formaların dizaynı ilə yanaşı məktəblərin emblemləri də nəzərə alınır. Bu da hər bir təhsil müəssisəsinə fərqlənmə imkanı verir".
Şöbə müdiri onu da qeyd edib ki, formaların bölgələrə çatdırılmasında da heç bir problem yaşanmayacaq:
"Emblemə məktəblərin özləri qərar verirlər. Hazırkı dəyişikliklər məktəb formalarının keyfiyyətini artırmaqla yanaşı vahid tərzdə təqdim olunmasına da xidmət edir. Seçim imkanlarının geniş olması isə məktəb və valideynlərin tələblərini qarşılamağa töhfə verir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:34 / 02.06.2025
Məktəbli formaları ilə bağlı YENİLİK - FOTO
Hazırda oxunan: Məktəbli formaları ilə bağlı YENİLİK - FOTO
Hazırda oxunan: Məktəbli formaları ilə bağlı YENİLİK - FOTO
252619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.