Ölkədən çıxışına məhdudiyyət qoyulan Eldar Mahmudovdan XƏBƏR VAR

Ölkədən çıxışına məhdudiyyət qoyulan Eldar Mahmudovdan XƏBƏR VAR

Hazırda oxunan: Ölkədən çıxışına məhdudiyyət qoyulan Eldar Mahmudovdan XƏBƏR VAR

252607

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə şəxsiyyət vəsiqəsi almaq istəyi baş tutmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq nazirin yaxın ətrafından məlumat verilib. 
 

Məlumata görə, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Eldar Mahmudov onu yeniləmək istəsə də, məhdudiyyətlə üzləşib.


Buna səbəb isə Eldar Mahmudovun Baş Prokurorluqda  “MTN İşi” çərçivəsində istintaqa cəlb olunmasıdır.

Xatırladaq ki, bir neçə dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə Baş İstintaq İdarəsində dindirilən Eldar Mahmudovun həbs edilməməsinə baxmayaraq, ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO