Hıçqırıqdan qurtulmaq üçün 7 EFFEKTİV METOD

Hıçqırıqdan qurtulmaq üçün 7 EFFEKTİV METOD

Hazırda oxunan: Hıçqırıqdan qurtulmaq üçün 7 EFFEKTİV METOD

252585

Hıçqırıq sinə ilə qarın boşluğunu ayıran diafraqma əzələlərinin ani və nəzarətsiz yığılması nəticəsində səs tellərinin bağlanması və "hık" səsinin çıxması ilə yaranan refleksdir.

Bizim.Media xəbər verir ki, əsas səbəblər arasında sürətli yemək yemək, qazlı içkilər, alkoqol, stress, reflü və hava udulması yer alır.
 

Qısa müddətli (48 saatadək) hıçqırıqlar adətən təhlükəli olmasa da, bəzən uzunmüddətli davam edərək xəstəlik əlaməti ola bilər.


Hıçqırığı keçirmək üçün tətbiq edilə bilən üsullar bunlardır:

– Dərin nəfəs alıb 10–20 saniyə tutmaq

– Dizləri sinəyə çəkib öne əyilmək

– Buzlu su içmək

– Limon dişləmək

– Bir damcı sirkə içmək

– Toz şəkər udmaq

– Su ilə qarqara etmək

Əgər hıçqırıq uzun müddət davam edərsə, qastroenteroloq və ya terapevtə müraciət etmək tövsiyə olunur. (pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO