Dünən saat 13:10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasında dam örtüyünün uçması zamanı xəsarət alan məhbus ölüb.
Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçdu - Xəsarət alan var
Bildirilib ki, məhkum, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlu aldığı xəsarətlərdən iyunun 2-də həyatını itirib.
Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.
Faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bizim.Media