Goranboyda iki gün əvvəl minaya düşən şəxsin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, mayın 31-də saat 15:30 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi cinsli) sol ayağın topuqdan amputasiyası və bədənin müxtəlif nahiyələrinin qəlpəsi yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:48 / 02.06.2025
Goranboyda minaya düşən şəxsin SON DURUMU
Hazırda oxunan: Goranboyda minaya düşən şəxsin SON DURUMU
Hazırda oxunan: Goranboyda minaya düşən şəxsin SON DURUMU
252567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.