“Embawood”da daha bir NÖQSAN: Qüsurlu mal geri qaytarılmadı

“Embawood”da daha bir NÖQSAN: Qüsurlu mal geri qaytarılmadı

Hazırda oxunan: “Embawood”da daha bir NÖQSAN: Qüsurlu mal geri qaytarılmadı

252563

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Embawood” MMC barəsində satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması və istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi halları ilə bağlı inzibati xəta protokolları tərtib edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
 

Məlumata görə, qüsurlu malın geri qaytarılmasından imtina edilməsi və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsi müəyyən olunub.


Qeyd edək ki, ötən ayın əvvəllərində də Agentlik eyni nöqsana görə “Embawood” şirkətinin barəsində inzibati xəta protokolunun tərtib edildiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO