Ağstafada yol-nəqliyyat hadisəsi xəsarətlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Poylu kəndi ərazisində hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Qəza zamanı sərnişinlər, 1964-cü il təvəllüdlü A. Hacıalıyeva, 1979-cu il təvəllüdlü G. İsayeva və 1970-ci il təvəllüdlü N. Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu