Fiziki məhdudiyyətli iştirakçının qətiyyəti və kitaba olan sevgisi - FOTO

Fiziki məhdudiyyətli iştirakçının qətiyyəti və kitaba olan sevgisi - FOTO

Hazırda oxunan: Fiziki məhdudiyyətli iştirakçının qətiyyəti və kitaba olan sevgisi - FOTO

252493

Kitab festivalı keçirilən gündən etibarən hər gün səhər saatlarından axşama qədər davam edən tədbir fiziki məhdudiyyətli iştirakçının qətiyyəti və kitaba olan sevgisi ilə yadda qalıb.

Bizim.Media xəbər verir ki, festivalın hər anını diqqətdən kənarda buraxmayan Əli Əliyev adlı fiziki məhdudiyyətli şəxs xüsusilə uşaqlar üçün təşkil olunan tədbirlərdə də fəal şəkildə iştirak edib.

Əllərinin hərəkət qabiliyyətindəki məhdudiyyətlərə baxmayaraq, o, kitabları böyük əzmkarlıqla vərəqləyib. Onun bu davranışı həm təşkilatçılar, həm də ziyarətçilər tərəfindən xüsusi diqqət və rəğbətlə qarşılanıb.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilib.




Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO