SENSASİYA: Ukrayna aerodrom əməliyyatına belə hazırlaşıbmış - FOTO

SENSASİYA: Ukrayna aerodrom əməliyyatına belə hazırlaşıbmış - FOTO

Hazırda oxunan: SENSASİYA: Ukrayna aerodrom əməliyyatına belə hazırlaşıbmış - FOTO

252464

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın 40 strateji aviasiya təyyarəsini məhv etdiyi xüsusi əməliyyata il yarımdan çox müddətə hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, əməliyyatın gedişinə şəxsən Prezident Volodimir Zelenski nəzarət edib, planı isə UTX-nin rəhbəri Vasil Malyuk və Xidmətin əməkdaşları həyata keçirib.

Belə ki, əvvəlcə PUA-lar mobil taxta konteynerlər vasitəsilə Rusiyaya gətirilib və lazımi anda konteynerlərin qapaqları uzaq məsafədən idarə olunmaqla açılıb, PUA-lar havaya buraxılıb.

Nəşr həmçinin dronların Rusiya hərbi aerodromlarına hücuma necə hazırlandığını göstərən unikal fotoşəkillər dərc edib.

Qeyd edək ki, Ukrayna ordusu 1 gün ərzində Rusiyanın 5 aerodromunu vurub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO