Bu gün Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının bir təlim bölməsinin yerləşdiyi əraziyə raket zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna Quru Qoşunlarının Komandanlığı Telegram kanalında yayıb.
"Təəssüf ki, ölən və yaralanan hərbçilər var", – deyə rəsmi məlumatda bildirilib.
Yenilənmiş məlumatlara əsasən, hadisə zamanı 12 nəfərin öldüyü, 60-dan çox şəxsin yaralandığı məlum olub.
Qeyd olunur ki, zərbə zamanı heç bir şəxsi heyət yığıncağı və ya kütləvi toplaşma keçirilməyib. Hava hücumu siqnalı verildikdən sonra əksər şəxsi heyət sığınacaqlarda yerləşdirilmişdi.
Hadisənin bütün səbəb və şərtlərini araşdırmaq üçün Quru Qoşunları Komandanlığında komissiya yaradılıb və xidməti araşdırma təyin edilib. "Sxid" Operativ Komandanlığı və şəxsi heyəti hüquq-mühafizə orqanlarının işinə kömək edəcək.
"Əgər müəyyən edilsə ki, hərbi qulluqçuların ölümü və xəsarət alması vəzifəli şəxslərin hərəkətsizliyi və ya məsuliyyətsizliyi nəticəsində baş verib, o zaman günahkarlar ciddi məsuliyyətə cəlb olunacaqlar", – deyə məlumatda vurğulanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:36 / 01.06.2025
Rusiya Ukrayna ordusunun təlim mərkəzinə zərbə endirdi: 12 ölü, 60-dan çox yaralı var
Hazırda oxunan: Rusiya Ukrayna ordusunun təlim mərkəzinə zərbə endirdi: 12 ölü, 60-dan çox yaralı var
Hazırda oxunan: Rusiya Ukrayna ordusunun təlim mərkəzinə zərbə endirdi: 12 ölü, 60-dan çox yaralı var
252447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.