Azərbaycanlı gənc futbolçu Murad Həmidov Almaniyanın "Elversberq" klubunun U-17 komandası ilə müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İdman.biz məlumat yayıb.
Murad kiçik yaşlarından idmanla məşğul olmağa başlayıb və 14 yaşında karyerasını inkişaf etdirmək məqsədilə Almaniyaya köçüb. Cəmi bir il yarım ərzində yüksək səviyyəyə yüksəlməyi bacarıb və öz yaş kateqoriyasında ən güclü oyunçular sırasına düşüb.
"Elversberq"lə imzaladığı müqavilə gənc futbolçunun karyerasında mühüm mərhələ hesab olunur. Murad bu komandada təcrübə toplayıb inkişaf edəcəyinə və gələcəkdə Azərbaycanı, o cümlədən milli komandamızı beynəlxalq arenada təmsil edəcəyinə ümid edir.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:37 / 01.06.2025
Gənc azərbaycanlı Bundesliqa klubu ilə müqavilə imzaladı – FOTO
Hazırda oxunan: Gənc azərbaycanlı Bundesliqa klubu ilə müqavilə imzaladı – FOTO
Hazırda oxunan: Gənc azərbaycanlı Bundesliqa klubu ilə müqavilə imzaladı – FOTO
252433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.