Təyyarədə qəribə hadisə: Yoxa çıxan stüard çılpaq halda tapıldı

Təyyarədə qəribə hadisə: Yoxa çıxan stüard çılpaq halda tapıldı

Hazırda oxunan: Təyyarədə qəribə hadisə: Yoxa çıxan stüard çılpaq halda tapıldı

252394

"British Airways" aviaşirkətinin reyslərindən birində qeyri-adi insident yaşanıb. Uçuş zamanı ekipaj üzvləri bir stüardın itkin düşdüyünü müəyyən ediblər. Axtarış nəticəsində o, biznes-klassın tualetində tamamilə çılpaq və rəqs edən halda aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "The Sun" qəzeti yayıb.

ABŞ-dən Böyük Britaniyaya uçan təyytarədə 470 sərnişin olub.

Ekipaj üzvləri dərhal vəziyyət müdaxilə ediblər. Stüarda pijama geyindirilib və o, oturacağa bağlanaraq nəzarət altına alınıb. Təyyarə Londondakı Hitrou hava limanına enəndən sonra o, polisə təhvil verilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır, stüard isə müvəqqəti olaraq işdən uzaqlaşdırılıb. İlkin ehtimala görə, o, narkotik maddə qəbul edibmiş və insident də məhz bu səbəbdən baş verib. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO