Ermənistanın sabiq baş prokurorunun Azərbaycana 50 milyardlıq təzminat ETİRAFI

Ermənistanın sabiq baş prokurorunun Azərbaycana 50 milyardlıq təzminat ETİRAFI

Hazırda oxunan: Ermənistanın sabiq baş prokurorunun Azərbaycana 50 milyardlıq təzminat ETİRAFI

2523

“Bu sənədə görə, nəinki ərazilərimizi itirdik, həm də Ermənistan üzərinə bizim və gələcək nəsillərimizin ödəyəcəyi 50 milyard dollardan çox öhdəlik qoyulub”.

Bizim.Media “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş prokuroru və Gevorg Kostanyan söyləyib.

O bildirib ki, 2 il öncə  Qarabağ və ətraf yeddi rayonda Azərbaycana dəymiş maddi ziyanla bağlı Ermənistana qarşı təzminat iddiası ilə bağlı məhkəmə prosesinin hazırlandığı barədə xəbərdarlıq etmişdik.

Lakin Ermənistanın bu məsələdə məsuliyyət daşıdığı barədə kifayət qədər dəlil olmadığından bu iddianı təqdim edə bilməyiblər.

Azərbaycana dəyən ziyanın hesablanması üçün işə beynəlxalq təşkilatların cəlb edildiyini deyən, Kostanyan Prezident İlham Əliyevin Ermənistana qarşı oxşar bir iddia hazırlanması ilə bağlı açıqlamasını da xatırladıb.

“Əminəm ki, Ermənistanın baş naziri 10 noyabr tarixində tanınmış sənədi imzalayaraq, Ermənistan Respublikasının öhdəliyin subyekti olduğunu təsdiqlədiyindən və bununla da dəymiş ziyana görə birbaşa öhdəliyi öz üzərinə götürdüyündən bu istiqamətdə işlər daha da gücləndirilib”,- deyə Kostanyan bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyan tərəfindən imzalanan sənəd həm də Ermənistanın gələcək nəsillərinin də ödəyə bilməyəcəyi ciddi maliyyə problemlərinə səbəb olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO