Vasif Talıbovun səhhəti PİSLƏŞDİ - Ölkədən buraxılmadı

Vasif Talıbovun səhhəti PİSLƏŞDİ - Ölkədən buraxılmadı

Hazırda oxunan: Vasif Talıbovun səhhəti PİSLƏŞDİ - Ölkədən buraxılmadı

252295

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətində problem yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə “yenisabah.az”a V.Talıbovun qohumlarından biri məlumat verib.
 

Onun sözlərinə görə, V.Talıbovun səhhətində olan problemlər son bir neçə ayda özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Ötən həftə isə onun sağlıq durumu daha da pisləşib.


Şəxsi həkimi onu evində müayinə edəndən sonra xəstəxana şəraitində müalicə almasını vacib olduğunu bildirib. Amma Talıbov Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrinə getməkdən imtina edib.

Qohumu deyib ki, sabiq sədr xaricdə müalicə olunmağa üstünlük versə də, bu arzusunu reallaşdıra bilməyib. Bakı onun ölkəni tərk etməsinə imkan verməyib.

Qeyd edək ki, Vasif Talıbov 21 dekabr 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Bundan sonra o, Naxçıvandakı malikəsinə çəkilərək, kənar şəxslərlə əlaqəni tamamilə kəsib. Keçmiş “Xan”ın hətta yaxın qohumlarının xeyir-şər məclislərinə də qatılmadığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO