Şəkidə tarixi abidə ərazisində ekoloji aksiya keçirilib.
“Tarixi abidələrimizi, memarlıq irsimizi qoruyaq sahib çıxaq” adlı aksiyada muzeyə ziyarətə gələn yerli və xarici turistlər də iştirak edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Fazıl kəndində yerləşən "Əbədi sükut dünyası - Labirint" praktiki arxeoloji muzey dünyanın nadir tarix-memarlıq abidələrindən sayılır.
Bu muzey Təpə başı nekropolunun yaradıcıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun görkəmli arxeoloqu, mərhum Nəsib Muxtarovun rəhbərliyi ilə illərlə həyata keçirilən arxeoloji qazıntılar nəticəsində ərsəyə gətirilib. Hazırda muzeyə İntizar Bədəlova rəhbərlik edir.
Bu günlərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsi əməkdaşlarının təşəbbüsü ilə muzey ərazisində ekoloji aksiya təşkil edilib. Xeyli sayda ağac və gül kolları əkilib, abadlıq işləri həyata keçirilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:38 / 31.05.2025
Şəkidə tarixi abidə ərazisində ekoloji aksiya keçirildi – FOTO
Hazırda oxunan: Şəkidə tarixi abidə ərazisində ekoloji aksiya keçirildi – FOTO
Hazırda oxunan: Şəkidə tarixi abidə ərazisində ekoloji aksiya keçirildi – FOTO
252276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.