Xəbər verdiyimiz kimi Kikboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionu, Muay-Tay və Tayboksinq federasiyasının prezidenti Araz Musayev Antalyada bıçaqlanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünya çempionunu bıçaqlayan şəxslər saxlanılıb.
Bildirilib ki, hadisə ilə əlaqədar üçü Özbəkistan, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək, saçlarını kəsdirib, paltarlarını dəyişsələr də Antalya hava limanında saxlanılıblar.
Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi saxlanılıb. Hazırda həmin şəxsin Türkiyəyə ekstradisiyası üçün zəruri prosedurlar həyata keçirilir.
Qeyd edək ki, mediada yayılan iddialara görə, saxlanılan şəxslərdən biri kikboks üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:24 / 31.05.2025
Araz Musayevi bıçaqlayan 5 nəfər SAXLANILDI - Biri millimizin baş məşqçisidir
Hazırda oxunan: Araz Musayevi bıçaqlayan 5 nəfər SAXLANILDI - Biri millimizin baş məşqçisidir
Hazırda oxunan: Araz Musayevi bıçaqlayan 5 nəfər SAXLANILDI - Biri millimizin baş məşqçisidir
252264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.