“Rəsmi nikahda olmamağım bəzilərini narahat edir...” - Paşinyan

“Rəsmi nikahda olmamağım bəzilərini narahat edir...” - Paşinyan

Hazırda oxunan: “Rəsmi nikahda olmamağım bəzilərini narahat edir...” - Paşinyan

252127

Ermənistanın Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında gərginlik artıb.

Bizim.Media xəbər verir ki, N.Paşinyan hökumətin dünənki iclasında çıxışı zamanı Erməni Apostol Kilsəsini tənqid edib və kilsələrin hazırda yaxşı vəziyyətdə olmadığını söyləyib.

Paşinyanın bu çıxışı ölkənin din xadimlərinin tənqidlərinə səbəb olub.

Bunun ardınca, Baş nazir feysbuk hesabında kilsələrlə bağlı paylaşımlar edərək din xadimlərini dini qaydaları pozmaqda ittiham edib.

Həmçinin Paşinyan paylaşımında hazırda rəsmi nikahda olmamasının bəzi şəxsləri narahat etdiyini vurğulayıb və bildirib:
 

“Bəziləri rəsmi nikahda olmadığımdan narahatdırlar. Din xadimlərimizin yarısı eyni vəziyyətdədir və bəziləri buna əhəmiyyət vermir”.


Xatırladaq ki, N.Paşinyan ötən ilin dekabrında Anna Akopyanla nə dini, nə də rəsmi nikahının olduğunu açıqlamışdı. Bu zaman o, onların münasibətini övladlarının möhkəmləndirdiyini qeyd etmişdi. Cütlüyün 28 illik münasibətdən 4 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO