Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşları imiş - VİDEO

Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşları imiş - VİDEO

Hazırda oxunan: Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşları imiş - VİDEO

251906

Xəbər verdiyimiz kimi, Antalyanın Kəmər rayonunda keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev 2 nəfər tərəfindən bıçaqlanıb

Bizim.Media xəbər verir ki, hadisəni törədənlər Azərbaycan vətəndaşlarıdır. Onlar hadisə yerindən taksi ilə Antalya hava limanına qaçıblar. Lakin polis azərbaycanlıları hava limanında saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Araz Musayevə hücumun görüntüləri - ANBAAN VİDEO


Qeyd edək ki, hadisə Göynük bələdiyyəsində yerləşən Atatürk İdman Sarayında baş verib. Daxil olan məlumata görə, Atatürk İdman Sarayında keçirilən çempionat zamanı Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev iki şəxs tərəfindən bıçaqlanıb.

Araz Musayev sarayda olan sağlamlıq qruplarının ilkin yardımından sonra təcili yardımla Kəmər Dövlət Xəstəxanasına aparılıb. Burada edilən müdaxilədən sonra Musayev Antalya Şəhər Xəstəxanasına köçürülərək əməliyyat olunub. Onun müalicəsi davam edir.

Hadisə ilə bağlı Kəmər rayon Respublika Prokurorluğunun koordinasiyası ilə istintaq işləri davam etdirilir. (unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO