“İşğaldan azad edilən ərazilərdə bərpa edilən şəhər və kəndlərimizin sayı 15-ə çatıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşündə məlumat verib.
"Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır.
Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhər.
İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar", deyə o, qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:22 / 27.05.2025
İlham Əliyev: “Azad olunan ərazilərdə bərpa edilən şəhər və kəndlərin sayı 15-ə çatıb”
Hazırda oxunan: İlham Əliyev: “Azad olunan ərazilərdə bərpa edilən şəhər və kəndlərin sayı 15-ə çatıb”
Hazırda oxunan: İlham Əliyev: “Azad olunan ərazilərdə bərpa edilən şəhər və kəndlərin sayı 15-ə çatıb”
251584
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.