Məzar daşı DƏBDƏBƏSİ - Qanunla icazə verilən ölçülər hansılardır?

Məzar daşı DƏBDƏBƏSİ - Qanunla icazə verilən ölçülər hansılardır?

Hazırda oxunan: Məzar daşı DƏBDƏBƏSİ - Qanunla icazə verilən ölçülər hansılardır?

251404

Azərbaycanda vəfat etmiş şəxsin qəbrinə məzar daşı qoydurmaq adətdir. Bunun hansı din və inancdan qaynaqlandığı haqqında uzun müzakirələr getsə də, ortaq nəticəyə gəlinməyib. Son vaxtlar isə məzar daşları daha dəbdəbəli şəkildə hazırlanır.

Bəs qanun nə deyir? Məzar daşlarının standartı varmı?

Bizim.Media bununla bağlı Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda nəzərdə tutulanları təqdim edir.

Qaydaya görə, qəbirüstü tikililər başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır.

Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır. Həmçinin, qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur.

Onu da qeyd edək ki, həmin Qaydalarda dəfn üçün ayrılan sahənin də ölçüsü yazılıb.
 

Belə ki, dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir.


Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir. Dəfndən sonra qəbrin üzərinə 0,5 metr hündürlükdə torpaq tökülür.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO