Səidə Əşrəfqızının vətənpərvərlik mövzusundakı əsərləri festivalda NÜMAYİŞ OLUNDU – FOTO

Səidə Əşrəfqızının vətənpərvərlik mövzusundakı əsərləri festivalda NÜMAYİŞ OLUNDU – FOTO

Hazırda oxunan: Səidə Əşrəfqızının vətənpərvərlik mövzusundakı əsərləri festivalda NÜMAYİŞ OLUNDU – FOTO

251392

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı Səidə Əşrəfqızının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, "Dönük tale", "Qarabağ həsrətindən yandı bağrım", "Müğənni qız" adlı kitabların müəllifidir. Qarabağ, yurd həsrəti, vətənpərvərlik mövzusunda yazılmış şeirlərinə görə bir çox ədəbi mükafatlara layiq görülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Fatimə Məhəmmədqızının əsərləri IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında sərgiləndi – FOTO


Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. 

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.




Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO