Sloveniya Prezidenti Nataşa Pirts-Musar Avropa İttifaqının Rusiya ilə əlaqələri bərpa etmək üçün iş apardığını bildirib.
Bizim.Media xəbər verir ki, o, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin fikirlərinə istinad edərək qeyd edib ki, Aİ daxilində Moskva ilə birbaşa danışıqların yenidən qurulması üçün səylər göstərilir.
“Avropa üçün Rusiya ilə birbaşa danışıqların bərpası vacibdir. Avropa İttifaqının ən böyük səhvlərindən biri Rusiya ilə dialoqu dayandırması oldu.
Bu, strateji baxımdan yanlış qərar idi və indi bunun mənfi nəticələrini yaşayırıq,” – deyə Pirts-Musar bildirib.
Sloveniya lideri hesab edir ki, Aİ Rusiya ilə münasibətlərin normallaşdırılması məqsədilə “ağıllı kişilər və qadınlardan ibarət” xüsusi bir qrup yaratmalı və bu qrup “səssiz diplomatiya” prinsipi ilə birbaşa təmasların qurulması ilə məşğul olmalıdır.
Onun sözlərinə görə, hazırkı mürəkkəb geosiyasi şəraitdə dialoq və diplomatik kanalların açıq saxlanılması hər zamankından daha çox əhəmiyyət kəsb edir və Aİ-nin öz təhlükəsizliyi və qlobal rolu baxımından bu məsələyə laqeyd yanaşmağa haqqı yoxdur.
Bizim.Media