Məmur ərini qarajda öldürən qadının cəzası azaldıldı

Məmur ərini qarajda öldürən qadının cəzası azaldıldı

Hazırda oxunan: Məmur ərini qarajda öldürən qadının cəzası azaldıldı

251325

Bakıda məmur həyat yoldaşının qətlində təqsirləndirilərək 18 il azadlıqdan məhrum edilən Xalidə İsgəndərova əfv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamda bildirilib. 

Sərəncama görə, X.İsgəndərovanın cəzasının çəkilməmiş hissəsi yarıya endirilib.
 

Xatırladaq ki, Xalidə İsgəndərova Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il tarixli hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, həyat yoldaşı, uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olan Füzuli İsgəndərovun qətlində təqsirli bilinib.


Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də - qızı Bülbülün toyundan üç gün sonra yaşadığı evə bitişik qarajda qətlə yetirilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO