Azərbaycan növbəti dəfə BMT-də Gürcüstanla bağlı qətnaməni dəstəklədi

Azərbaycan növbəti dəfə BMT-də Gürcüstanla bağlı qətnaməni dəstəklədi

Hazırda oxunan: Azərbaycan növbəti dəfə BMT-də Gürcüstanla bağlı qətnaməni dəstəklədi

25131

Ötən gün Nyu-Yorkda baş tutan 75-ci BMT Baş Assambleyası çərçivəsində Gürcüstan və 57 ölkənin təşəbbüsü ilə hazırlanan bir qətnamə qəbul edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

BMT-yə qeyri-daimi üzvlər seçildi - ADLAR


"Abxaziya və Çxinvali bölgəsindən (Cənubi Osetiya) məcburi köçkünlərin və qaçqınların statusu haqqında" sənəd bir daha bütün qaçqınların və məcburi köçkünlərin Gürcüstanın işğal olunmuş ərazilərinə qayıtmaq hüququnu təsdiqləyir. 

Bu il qətnamə 80 ölkə tərəfindən dəstəklənib, 14 ölkə əleyhinə səs verib, 70 ölkə səs verməkdən imtina edib. 

Azərbaycan bir daha BMT kimi nüfuzlu beynəlxalq təşkilatda Gürcüstanla əlaqəli sənədi dəstəkləyib. Türkiyə də keçən dəfə olduğu kimi, qətnaməyə səs verib, Ermənistan yenidən səsvermə prosesində iştirak etməyib. 

Gürcüstan Xarici İşlər Nazirliyi qətnaməni dəstəkləyən və onun müəllifi kimi çıxış edən ölkələrə təşəkkürünü bildirib. 

Gürcüstanla bağlı oxşar qətnamələr BMT Baş Assambleyası tərəfindən 2008-ci ildən bəri qəbul edilib. Elə həmin ildən etibarən Azərbaycan Gürcüstanı davamlı dəstəkləyərək sənədə səs verir. Ötən gün qəbul edilən qətnamə ardıcıl 14-cü olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO