Neftçalalı gənc ABŞ-də akademik uğura imza atdı - FOTO

Neftçalalı gənc ABŞ-də akademik uğura imza atdı - FOTO

Hazırda oxunan: Neftçalalı gənc ABŞ-də akademik uğura imza atdı - FOTO

251233

22 yaşlı Neftçala sakini olan Kənan Abdiyev ABŞ-ın "University of Maryland" universitetində “Dövlət idarəetməsi” üzrə magistr təhsili alır.

Bizim.Media xəbər verir ki, o, yüksək akademik göstəricilərinə görə ABŞ-ın nüfuzlu fəxri akademik qurumu olan "Phi Kappa Phi" cəmiyyətinə üzv qəbul edilib.

Qeyd edək ki, bu cəmiyyətə üzvlük yalnız dəvət əsasında təqdim olunur və universitetdə ən yüksək nəticə göstərən tələbələrə şamil edilir. “Phi Kappa Phi” hər il tələbələrə və tədqiqatçılara 1 milyon ABŞ dollarından çox qrant və təqaüd ayırır.

Hazırda Kənan Abdiyev magistratura təhsilini 4.0 orta bal ilə davam etdirir və Azərbaycanın ABŞ-dakı səfirliyində təcrübə proqramında iştirak edir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO